İstək (Mərkəz I ) (c) Etibar


..Mən hardan bilə idim ki, mənim Allahımla sənin Allahın fərqli imişlər,fərqli dili danışırlar…(с)Etibar Salmanlı


Mən çox şeyə inanmıram. Mənim üçün müqəddəslik anlayışı elədə güclü məfhum, anlayış deyil. Mən dindar deyiləm, heç Din-i darda deyiləm. Sadəcə ifrat dərəcədə müqəddəsliyi təbliq edənləridə şiddətli şəkildə qınayıram. Allahın varlığına inanıram qəlbən, hərəkətlərim bəzən sözlərim qərağdan seyr edənlərdə əks fikir oyatsa da. Mənə qıraqdan qiymət verənlər maraqlı olmayıb, heç indidə maraqlı deyil, sabahda maraqlı olmayacaq. Mən öz həyatımı öz bildiklərimlə, öz gördüklərimlə, öz kitabımla yaşayıram. Amma onu anlayıram ki, bu indiki həyatın həqiqətidir, bizə bizim həyatımıza çoxu göz goyur, bəlkə ondan dır ki, bizim leksikonda “Göz dəydi və qarşılıqı Göz dəyməsin” ifadələri var. Mənə nə yaxşı gündə nədə pis gündə qırağdakıların dəstəyi köməyi lazım deyil. Bölüşmürəm və elə bir istəyim də yoxdur… Pis və Yaxşı günümdə ürəyimdəkilərin şərik olmasıdır əsas istəyim. Elədiyim hərəkətlər, dediyim sözlər yazdığım yazılar ona hesablanır və ona aparır.

Mən hər gecə yatanda dua edirəm, ən pessimist anımdada , ona inamımın azaldığı son həddədə, ən yaxşı anımadada.

Hər zaman həyatımdakı, qəlbimdəki boşluğu dolduracaq birini mənim həyatıma gətirməsini istəyirdim . İnanırdım. Bir gün istəyimin real olacağına inanırdım.  Mən yalnız inandığım hallarda, inandığım işlər üçün mübarizə aparmağı xoşlayıram, son nəfəsədək, son qanadək yada içmilməli olan son damla qanadək.  Allah səni qarşıma çıxartdı. Sevindim. Bir cümlə yadıma gəlir müəllif huquqları özümə məxsusdur. “Bütün sevinclərin ani olacaq , daimi yox.” Sanki hal-hazırda bü cümlədir məni kölgə kimi izləyən…

Mən hardan bilə idim ki, mənim Allahımla sənin Allahın fərqli imişlər, fərqli dili danışırlar.

Amma çətinliklər uğrunda mübarizə də müqəddəsdir mənə… Bütün bu çətinliklər sonda insana ancaq və ancaq sevinc bəxş edir. Razılaşmayan ola bilər.

Uzun sürən ağır, əziyyətli xəstləlikdən sonra gələn “Ölüm” xoş deyil mi, sizcə?

O xəstəni yaşadan, əziyyətə tab gətirməsinin əsas səbəbi, yaşamağ, əvvəlki həyatına qayıtmağ yox, ölümün gəlişini gözləməsidir. Hardan bilirsiz o xəstənin qəlbindəkiləri? Necə yaşadığını? O, bəlkə də yaşadığı həyatda daha çox əziyyət çəkib, nə inki indi xəstə yatağında…Hamı ilə deyib gülən birinin qəlbindəkilərini qəlbinin sakinindən başqa heç kim bilməz. Ona görə tənqidi fikirlə yanaşma, yanaşsan deməli anlamamısan, ola bilər, hamının anlama səviyyəsi eyni deyil. Tənqid eləmək fikrinə düşsən ilk öncə öz qəlbini tənqid elə.

Məndə sonda olan cuzi bir ümid üçün çarpışmağa qol qoymuşam. O gün gələnədək çəkilməli olan hər bir əziyyət mənə qəbuldur. Bu əziyyətlərin sonunda hər bir halda xoşbəxtlik var. Ya qəlbimdəkinin xoşbəxtliyi, yada mənim qəlbimin. Tək bu iki hala görə əziyyətlərdən qaçsam, indiyədək yaşadığım bütün həyatı təhqir edərəm. Mən qəlbimdəkinin yda öz qəlbimin xoşbətliyini görmək istəyirəm…və görəcəyəm də. Bu adi istək deyil. Bunu adi insanlar anlamaz.

Ps. Mən sifarişlə, qonorarla yazı yazmıram daha doqrusu xoşlamıram. Ancaq hansısa fövqəladi halda qələmi əlimə alıb nəsə yazıram. Yazı yazmağ üçün hansısa ruh halında olmağım labüddür. Ancaq bu yazı sifarişlə yazılıb. Sənin üçün yazılıb, sifarişçı bəllidir. ancaq sənin kimliyin sənə bəllidir. Başqaları bilmək istəsə? Nə edirlər ki? Sən bilirsən bəsdirdə mənə…qəlbimə…

Ardı olacaq…

(c)Etibar Salmanlı 02/12/2010  05/38

İstək (Mərkəz I ) (c) Etibar” üçün bir cavab

  1. yaxshi yazidi…… I))))))))) moldec bud pofiqistam 🙂
    Etibar sadece deyecem, bu meslehet deyil…. sadece menim fikrimdi, eger kimse senin qelbini sindiribsa sene ikmkan yaradibsa ezab cekmeye , niye ona aid bloq yazirsan , umumiyyetle niye yazirsan……. o eger sene ezab veribse, sen demelisen , o kimdiki hele menim yazimada layiqli olmalidi…. o hec menim yazdiqim yaziya layiq deyil……. layiq olsaydi bu qeder ezab bermezdi, sadece imkan yaratmazdi …… men bele ederdim… mene ezab veren insani men hec xatirmamiram ç cun ki o layiq deyil menim fikirleshmeyime bele… )))))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma